Azərbaycan Respublikası Prezidentinin Fərmanı

post-img

“Azərbaycan Respublikasının Meşə Məcəlləsində, Azərbaycan Respublikasının Mülki Məcəlləsində, Azərbaycan Respublikasının Vergi Məcəlləsində, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində, “İcra haqqında” və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 3 iyun tarixli 209-VIIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Meşə Məcəlləsində, Azərbaycan Respublikasının Mülki Məcəlləsində, Azərbaycan Respublikasının Vergi Məcəlləsində, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində, “İcra haqqında” və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 3 iyun tarixli 209-VIIQD nömrəli Qanununun icrası ilə əlaqədar qərara alıram:

1. “Azərbaycan Respublikasının 1997-ci il 30 dekabr tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikası Meşə Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 30 mart tarixli 693 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 3, maddə 177 (Cild I) 2-ci hissəsinin üçüncü abzasından “37-ci maddəsinin birinci hissəsində,” sözləri çıxarılsın.

2. “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-IVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 sentyabr tarixli 695 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 9, maddə 847 (Cild I); 2024, № 8, maddə 938; 2025, № 3, maddə 223) 4-cü hissəsində aşağıdakı dəyişikliklər edilsin:

2.1. 4.1-ci bənddən “102.7-ci maddəsinin birinci cümləsində (ikinci və üçüncü hallarda), 103.2-ci maddəsinin birinci cümləsində (ikinci və üçüncü hallarda),” sözləri çıxarılsın;

2.2. 4.7-1-ci bəndin birinci abzasından “, 102.7-ci maddəsinin birinci cümləsində (birinci halda), 103.2-ci maddəsinin birinci cümləsində (birinci halda)” sözləri çıxarılsın;

2.3. 4.7-2-ci bənddən “, 102.7-ci maddəsinin birinci cümləsində (ikinci halda), 103.2-ci maddəsinin birinci cümləsində (ikinci halda)” sözləri çıxarılsın;

2.4. 4.7-3-cü bənddən “, 102.7-ci maddəsinin birinci cümləsində (birinci halda), 103.2-ci maddəsinin birinci cümləsində (birinci halda)” sözləri çıxarılsın.

3. Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 17 noyabr tarixli 349 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 11, maddə 1389 (Cild I) ilə təsdiq edilmiş “Tikintiyə dövlət nəzarətinin həyata keçirilməsi Qaydaları”nın 2.20-ci bəndinin ikinci cümləsindən “, habelə tikintisinə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin icazə verdiyi tikinti obyektlərinə” sözləri çıxarılsın.

4. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 28 dekabr tarixli 460 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 12 (I kitab), maddə 2617 (Cild I); 2024, № 6 (I kitab), maddə 654; Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 2 iyun tarixli 402 nömrəli Fərmanı) ilə təsdiq edilmiş “Bəzi tikinti obyektlərinə tikintiyə icazə və tikinti obyektinin istismarına icazə verilməsi Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:

4.1. 1.3-cü bənddən “Azərbaycan Respublikası Nazirlər Kabinetinin və” sözləri çıxarılsın;

4.2. 3-cü hissə üzrə:

4.2.1. 3.4-cü bəndin beşinci cümləsinə ikinci halda “hakimiyyəti” sözündən sonra “orqanları” sözü əlavə edilsin;

4.2.2. 3.10-cu bəndin ikinci cümləsi aşağıdakı redaksiyada verilsin:

“Tikintiyə icazəni yerli icra hakimiyyəti orqanları verdikdə icazənin verildiyi andan dərhal tikintiyə icazədə nəzərdə tutulmuş məlumatların Tikintilərin Dövlət Reyestrinə ötürülməsi təmin edilir.”;

4.3. 6.7-ci bəndin ikinci cümləsi aşağıdakı redaksiyada verilsin:

“İstismara icazəni yerli icra hakimiyyəti orqanları verdikdə icazənin verildiyi andan dərhal bu məlumatların Tikintilərin Dövlət Reyestrinə ötürülməsi təmin edilir.”.

 

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 25 iyun 2025-ci il

Fərmanlar