Azərbaycan Respublikasının Meşə Məcəlləsində, Azərbaycan Respublikasının Mülki Məcəlləsində, Azərbaycan Respublikasının Vergi Məcəlləsində, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində, “İcra haqqında” və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 6-cı, 10-cu, 11-ci, 13-cü və 15-ci bəndlərini rəhbər tutaraq qərara alır:
Maddə 1. Azərbaycan Respublikası Meşə Məcəlləsinin (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 3, maddə 139 (Cild I); 2024, № 3, maddə 250) 37-ci maddəsində aşağıdakı dəyişikliklər edilsin:
1.1. adında “təsərrüfatının aparılması” sözləri “təsərrüfatı” sözü ilə əvəz edilsin;
1.2. birinci hissə aşağıdakı redaksiyada verilsin:
“Meşə fondunda meşə təsərrüfatı və meşədən istifadə ilə əlaqədar olmayan tikinti işlərinin aparılması bu Məcəllənin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə, “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununa, dağ-mədən işlərinin aparılması isə “Yerin təki haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir.”;
1.3. ikinci hissə ləğv edilsin.
Maddə 2. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 4 (I kitab), maddə 250 (Cild I); 2024, № 2, maddə 138, № 4, maddə 365, № 5 (I kitab), maddə 493, № 7, maddə 744, № 12 (I kitab), maddə 1281; 2025, № 1, maddə 17, № 3, maddə 216; Azərbaycan Respublikasının 2025-ci il 18 mart tarixli 158-VIIQD və 161-VIIQD nömrəli qanunları) 139-1.1.10-cu maddəsində aşağıdakı dəyişikliklər edilsin:
2.1. 139-1.1.10.1-ci maddədən “verilməsi barədə qərar” sözləri çıxarılsın;
2.2. 139-1.1.10.2-ci maddədə “sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd” sözləri “göndərilən məlumat” sözləri ilə əvəz edilsin.
Maddə 3. Azərbaycan Respublikası Vergi Məcəlləsinin (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 8 (I kitab), maddə 583 (Cild I); 2024, № 2, maddə 138, № 4, maddə 365, № 5 (I kitab), maddə 498, № 6 (I kitab), maddələr 630, 638, № 7, maddə 747, № 8, maddələr 932, 933, 934, № 10, maddə 1118, № 11, maddə 1182, № 12 (I kitab), maddə 1282, (II kitab), maddə 1345; 2025, № 2, maddə 96, № 3, maddə 214; Azərbaycan Respublikasının 2025-ci il 28 fevral tarixli 144-VIIQD nömrəli, 18 mart tarixli 158-VIIQD və 161-VIIQD nömrəli, 11 aprel tarixli 172-VIIQD və 175-VIIQD nömrəli, 1 may tarixli 190-VIIQD nömrəli qanunları) 90.3.3.9-cu maddəsində “və tikintiyə icazənin surətləri” sözləri “surəti və tikintiyə icazə” sözləri ilə əvəz edilsin.
Maddə 4. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 9, maddə 838 (Cild I); 2024, № 3, maddə 247; 2025, № 1, maddə 14, № 3, maddə 215) aşağıdakı dəyişikliklər edilsin:
4.1. 75.14-cü maddənin birinci cümləsi aşağıdakı redaksiyada verilsin:
“Tikintiyə icazə verildiyi andan dərhal icazədə nəzərdə tutulmuş məlumatların Tikintilərin Dövlət reyestrinə ötürülməsi təmin edilir.”;
4.2. 80.6-cı maddənin birinci cümləsi aşağıdakı redaksiyada verilsin:
“Bu Məcəllənin 80.4-cü maddəsinin ikinci cümləsinə əsasən tikinti obyektlərinə münasibətdə 10 gün müddətində layihəyə dair iradın sifarişçiyə təqdim edilməməsi ilə bağlı tikinti işlərinə başlamaq hüququ yarandıqda həmin müddətin bitdiyi andan dərhal bu barədə məlumatın Tikintilərin Dövlət reyestrinə ötürülməsi təmin edilir.”;
4.3. 92-2.1.1-ci və 92-2.1.2-ci maddələrdə “tikintiyə icazə icraatı zamanı” sözləri “səyyar araşdırma zamanı tikintiyə icazə icraatı başa çatmamış” sözləri ilə əvəz edilsin;
4.4. 102-ci maddə üzrə:
4.4.1. 102.6-cı maddənin birinci cümləsindən “sifarişli poçt göndərişi ilə” sözləri və həmin maddənin ikinci cümləsi çıxarılsın;
4.4.2. 102.7-ci maddənin birinci cümləsi aşağıdakı redaksiyada verilsin:
“Tikinti obyektlərinin istismarına icazə verildiyi andan, habelə məlumatlandırma icraatının tətbiq olunduğu tikinti obyektlərinin tikintisinin başa çatması barədə sifarişçi tərəfindən məlumat verildikdən sonra, dərhal bu məlumatların Tikintilərin Dövlət reyestrinə ötürülməsi təmin edilir.”;
4.5. 103.2-ci maddə ləğv edilsin.
Maddə 5. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 3, maddə 114 (Cild I); 2024, № 4, maddə 365; 2025, № 1, maddə 1, № 2, maddə 100; Azərbaycan Respublikasının 2025-ci il 18 mart tarixli 158-VIIQD nömrəli, 11 aprel tarixli 172-VIIQD nömrəli və 1 may tarixli 189-VIIQD nömrəli qanunları) 61.5.2-ci maddəsində “icazənin surəti” sözləri “icazə” sözü ilə əvəz edilsin.
Maddə 6. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 8, maddə 603 (Cild I); 2025, № 1, maddə 16, № 2, maddə 100) 8.0.10-cu maddəsində aşağıdakı dəyişikliklər edilsin:
6.1. 8.0.10.1-ci maddədən “verilməsi barədə qərar” sözləri çıxarılsın;
6.2. 8.0.10.2-ci maddədə “sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd” sözləri “göndərilən məlumat” sözləri ilə əvəz edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 3 iyun 2025-ci il