Azərbaycan Respublikası Prezidentinin Fərmanı

post-img

“Nəqliyyat-ekspedisiya fəaliyyəti haqqında” Azərbaycan Respublikasının 2025-ci il 16 dekabr tarixli 311-VIIQ nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 24 iyun tarixli 609 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları”nda dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Nəqliyyat-ekspedisiya fəaliyyəti haqqında” Azərbaycan Respublikasının 2025-ci il 16 dekabr tarixli 311-VIIQ nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qərara alıram:

1. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 24 iyun tarixli 609 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 3, maddə 175 (Cild I); 2024, № 6 (I kitab), maddə 647, № 9, maddə 1001) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları”nın 2 nömrəli əlavəsinin – “İxracı və idxalı müvafiq dövlət orqanlarının rəyi alınmaqla aparılan spesifik malların (xidmətlərin və əqli mülkiyyətin) Siyahısı”nın “İdxal” hissəsinin altıncı abzası ləğv edilsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti və Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi “Nəqliyyat-ekspedisiya fəaliyyəti haqqında” Azərbaycan Respublikasının 2025-ci il 16 dekabr tarixli 311-VIIQ nömrəli Qanunundan irəli gələn məsələləri həll etsinlər.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 15 yanvar 2026-cı il

Fərmanlar