Ötən gün 48 cinayətin üstü açılıb

post-img

DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, dekabrın 9-da ölkə ərazisində qeydə alınan 32, əvvəlki dövrlərdən bağlı qalan 16 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.   

Axtarışda olduğuna görə ümumilikdə 267, o cümlədən borclu şəxs qismində axtarışda olan 235 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.      

Narkotiklərlə əlaqəli 3, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 4 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 32 nəfər saxlanılıb.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 17 nəfər tapılaraq aidiyyəti üzrə, dələduzluğa görə axtarışda olan 11 nəfər isə saxlanılaraq istintaqa təhvil verilib.

N.Adilqızı
XQ

Hadisə