Azərbaycan və Laos arasında ilk siyasi məsləhətləşmə

post-img

Dekabrın 8-9-da Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədovun başçılıq etdiyi nümayəndə heyəti Laos Xalq Demokratik Respublikasında səfərdə olub.

Səfər zamanı Azərbaycan və Laos Xarici İşlər nazirlikləri arasında xarici işlər nazirinin müavini Elnur Məmmədov və Laosun xarici işlər nazirinin müavini Maytonq Tammavonqsanın həmsədrliyi ilə ilk siyasi məsləhətləşmələr keçirilib. İclas zamanı iki ölkə arasında münasibətlərin hazırkı durumu, siyasi, iqtisadi, humanitar və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi və inkişafı perspektivləri ətrafında müzakirələr aparılıb.

Səfər zamanı Azərbaycan nümayəndə heyətinin rəhbəri Laos Milli Assambleyasının vitse-prezidenti Sunthon Saynyachak və Laosun xarici işlər naziri Sonqsavan Fomvihon ilə görüşlər keçirib.

 

Son xəbərlər