U-15 millimiz Avropa çempionu olub

post-img

Sərbəst güləş üzrə Azərbaycanın U-15 millisi Yunanıstanın Lutraki şəhərində keçirilən Avropa çempionatında uğurla çıxış edib. 

Qitə birinciliyində tam heyətlə iştirak edən yığmamız 1 qızıl, 3 gümüş və 4 bürünc medala sahib olub. Komandamızın üzvlərindən İbrahim Həsənov (41 kq) bütün rəqiblərini məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Rəşid Nazarov (52 kq), Ruslan Vəliyev (62 kq) və Nihad Süleymanlı (75 kq) 2-ci, Musa Tağıyev (38 kq), Abbas Şəfiyev (44 kq), Ramal Məmmədoğlu (52 kq) və Asim Əliyev (57 kq) 3-cü yerləri tutublar.

Yekun nəticədə 140 xal toplayan sərbəst güləş üzrə millimiz ən yaxın izləyicisini 31 xal qabaqlayaraq Avropa çempionatları tarixində ilk dəfə komanda hesabında qalib adını qazanıb. Gürcüstan (109) ikinci, Türkiyə (104) isə üçüncü yerdə qərarlaşıb. 

L.QURBANOVA XQ

İdman