Millimiz Bakı mundialının finalında

post-img

Dünən Azərbaycan minifutbol millisi Bakıda keçirilən dünya çempionatının yarımfinal oyununa çıxıb. Elşad Quliyevin baş məşqçisi olduğu kollektiv yarımfinalda Monteneqro ilə qarşılaşıb.

Gərgin keçən matç  Azərbaycan minifutbol millisinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Baş məşqçi Elşad Quliyev Milli Gimnastika Arenasında komandaya dəstək olan azarkeşlərə təşəkkür edərək deyib:  “Hisslərimi sözlərlə ifadə edə bilmirəm. Azərbaycan xalqını ürəkdən təbrik edirəm. Çox gözəl hisslərdir. Şükürlər olsun ki, final matçı oynayacağıq. Bütün futbolçularımızın əlləri, qolları var olsun. Bu gün bizdən xoşbəxti ola bilməz”.

Beləliklə, bütün görüşlərdə əzmkarlıq nümayiş etdirən  yığmamız mundialın finalına vəsiqə qazanıb.

Həlledici görüş iyunun 1-də təşkil olunacaq.

XQ



İdman