Azərbaycan Futbol Federasiyaları Assosiasiyalarının Təhsil və Reabilitasiya Mərkəzində məşqçilər üçün UEFA B kateqoriyalı məşqçi kursunun I mərhələsinə start verilib. AFFA-dan bildirilib ki, 4 gün davam edəcək məşğələlərə təlimatçılar Aslan Kərimov, Osman Rəhimov və Arif Əsədov rəhbərlik edirlər.
Qeyd edək ki, məşqçi kursunun II modulu 8-11 sentyabr tarixlərində keçiriləcək.
Qabil YUSİFOĞLU
XQ