“Ədliyyə” minifutbol komandası beynəlxalq yarışda qalib olub

post-img

Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində dövlət qurumlarının əməkdaşları arasında II Dünya Korporativ Oyunlarının minifutbol yarışları keçirilib.

XQ-yə bu barədə Ədliyyə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, turnirdə Azərbaycanı Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş dövlət qurumları arasında III minifutbol turnirinin qalibi olmuş Ədliyyə Nazirliyinin komandası təmsil edib.

Finalda Ədliyyə Nazirliyinin komandası 1:0 hesabı ilə qələbə qazanaraq Oyunların qalibi olub. 

Komandanın üzvü Ruslan Vəliyev isə turnirin “Ən yaxşı müdafiəçisi” adına layiq görülüb.

Nurəngiz Adilqızı
XQ











İdman