Bu gün qadın və kişi voleybolçuların Yüksək Liqalarında növbəti oyunlar keçirilib. III tur çərçivəsində kişilər arasında keçirilən görüşdə “Murov Az Terminal” “Ordu” klubunu qəbul edib. “Murov Az Terminal” Voleybol Komandasının idman zalında keçirilən qarşılaşma 2:3 (25:22, 16:25, 20:25, 25:21, 12:15) hesabı ilə başa çatıb. “Gənclər” – “Neftçi” görüşü isə 0:3 (19:25, 23:25, 17:25) hesabı ilə qonaqların xeyrinə başa çatıb.
Qadın voleybolçularda isə I turun təxirə salınan oyunu baş tutub. Azərbaycan Voleybol Federasiyasının idman zalında “Gənclər” “Murov Az Terminal”a məğlub olub. 0:3 (8:25, 15:25, 17:25).
XQ

