Azərbaycanın beynəlxalq dərəcəli basketbol hakimləri fiziki testdən uğurla keçiblər.
Azərbaycan Basketbol Federasiyasından (ABF) verilən məlumata görə, referilər mövsümün ortasında keçirilən qaçış testini uğurla tamamlayaraq yay mövsümündə FIBA turnirlərində iştirak etmək hüququ qazanıblar.
Test FİBA-nın Azərbaycandakı milli təlimçisi Ələkbər Həsənov tərəfindən keçirilib.
Qeyd edək ki, testə ABF-nin müxtəlif liqalarında fəaliyyət göstərən hakimlər də cəlb olunublar.
Qabil YUSİFOĞLU
XQ

