Daha bir Azərbaycan idmançısı gümüş medal qazanıb

post-img

Serbiyanın Zrenyanin şəhərində keçirilən U-23 Avropa çempionatında sərbəst güləş yarışları davam edir.

XQ xəbər verir ki, Azərbaycan təmsilçisi Yusif Dursunov (125 kiloqram) finalda rusiyalı Həbib Davudqadjiyevlə qarşılaşıb.

Görüş rəqibin qələbəsi ilə yekunlaşıb. Bununla da Yusif gümüş medal əldə edib.

Qeyd edək ki, Azərbaycan daha əvvəl sərbəst güləşçilərdən Ali Tsokayev (92 kiloqram) qızıl medal qazanıb. Ceyhun Allahverdiyev (61 kiloqram), Vasif Bağırov (57 kiloqram), Səbuhi Əmiraslanov (79 kiloqram) gümüş, Musa Ağayev (65 kiloqram), Ramik Heybətov (70 kiloqram) və Zəfər Əliyev (97 kiloqram) bürünc medal əldə ediblər.

 

İdman