“Fənərbaxça”da növbədənkənar prezident seçkisinin vaxtı bəlli olub.
XQ xəbər verir ki, seçki prosesi iyunun 6–7-də baş tutacaq.
Bu barədə İstanbul klubunun mətbuat xidməti məlumat yayıb.
İlk yığıncaqda kifayət qədər səs çoxluğu təmin olunmasa, seçkinin ikinci mərhələsi keçiriləcək.
Qeyd edək ki, klubun hazırkı prezidenti Sadettin Saran namizəd olmayacağını açıqlayıb.

