Son 20 ildə Azərbaycanda ümumi daxili məhsul 22 dəfə artıb

post-img

Azərbaycan iqtisadiyyatı sürətlə inkişaf edən ölkədir. Bunu Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin müdiri Natiq Əmirov ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş tədbirdə deyib.

Onun sözlərinə görə, son 20 il ərzin­də ölkəmizdə ÜDM-in nominal həcminin 22 dəfə artaraq 133,8 milyard manata çatması da bunu təsdiqləyir. Bundan başqa, ölkə əhalisinin gəlirləri 13,7 dəfə, strateji valyuta ehtiyatları isə 41 dəfədən çox artaraq 1,6 milyard dollardan 65,9 milyard dollara çatıb. 

Azərbaycanın bank sektorunun da il­dən-ilə dinamik inkişaf nümayiş etdirdiyi­ni bildirən N.Əmirov qeyd edib ki, bu gün Azərbaycan banklarının aktivləri 44,8 milyard manatdır. Bunun da 11 milyard manatdan çoxu biznes kreditlərinin pa­yına düşür. Onun sözlərinə görə, ölkədə dollarlaşma, xüsusən də xarici valyutada kreditlərin sayı xeyli azalıb. 

“Xalq qəzeti”

İqtisadiyyat