Dövlət Statistika Komitəsindən bildirilib ki, cari ilin yanvar–aprel aylarında ölkədə informasiya və kommunikasiya texnologiyaları (İKT) sektorunda 716 milyon manatlıq (ötən ilin eyni dövrü ilə müqayisədə 7,8 faiz çox) məhsul istehsal edilib. Aprel ayında isə bu sektorda 190,5 milyon manatlıq məhsul buraxılıb.
Hesabat dövründə İKT sektorunun Ümumi Daxili Məhsulda (ÜDM) payı 1,8 faiz təşkil edib.