Valyuta ehtiyatlarımız artıb

post-img

2025-ci il oktyabrın 1-nə Azərbaycanın strateji valyuta ehtiyatları 81 milyard 472,2 milyon ABŞ dolları təşkil edib. Bunun 70 milyard 161,7 milyon ABŞ dolları və ya 86,1 faizi Dövlət Neft Fondunun (ARDNF), 11 milyard 310,5 milyon ABŞ dolları və ya 13,9 faizi isə Azərbaycan Mərkəzi Bankının payına düşüb.

Cari ilin 3-cü rübündə ölkənin valyuta ehtiyatları 3 milyard 802,7 milyon ABŞ dolları və yaxud 4,9 faiz artıb. Belə ki, ARDNF-in valyuta ehtiyatlarında 3 milyard 646,1 milyon ABŞ dolları və yaxud 5,5 faiz, AMB-nin valyuta ehtiyatlarında isə 156,6 milyon ABŞ dolları və yaxud 1,4 faiz artım qeydə alınıb.

Ümumilikdə isə son 1 ildə ölkəmizin valyuta ehtiyatları 7 milyard 978,8 milyon ABŞ dolları və yaxud 10,85 faiz artıb. İl ərzində ARDNF-in valyuta ehtiyatlarında 8 milyard 464,1 milyon ABŞ dolları və ya 13,7 faiz artım baş versə də, AMB-nin valyuta ehtiyatlarında isə əksinə, 485,3 milyon ABŞ dolları və yaxud 4,1 faiz azalma müşahidə olunub.

 

İqtisadiyyat