Bakı və Bakıətrafı kənd və qəsəbələrdə əhalinin artımı müşahidə edilir. Bu isə nəqliyyata, o cümlədən avtobuslardan istifadəni artırır, yeni marşrut xətləri və avtobuslara zərurət yaradır.
XQ Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) məlumatına istinadən xəbər verir ki, Bakı və Bakıətrafı ərazilərdə ictimai nəqliyyata əlçatanlığın artırılması məqsədilə əlavə və qəsəbələrarası xətlərin təşkili nəzərdə tutulur.
Qeyd olunub ki, bir sıra ətraf qəsəbələrdə sıx tikinti və avtobuslar üçün son dayanacağın olmaması çətinliklər yaradır.
Gün ərzində Bakıda 2300 avtobus fəaliyyət göstərir, ilkin hədəf bu sayı 2800-ə çatdırmaqdır.
“BakuBus” MMC isə 2025-ci ilin sonunda elektrik avtobus parkına əlavə olaraq 200 ədəd elektrik mühərrikli avtobus alındığını və mərhələli şəkildə marşrut xətlərinə buraxıldığını bildirib.
Qeyd edək ki, hazırda “BakuBus” MMC-nin avtobus parkında ümumilikdə 1494 avtobus mövcuddur.
N.Adilqızı
XQ

