Hikmət Hacıyevin diplomatların Qarabağa səfəri barədə paylaşımı

post-img

Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin Xankəndiyə və Şuşaya səfəri ilə bağlı “X” sosial şəbəkə hesabında paylaşım edib.

“Akkreditə olunmuş diplomatik korpusun nümayəndələri ilə Füzuli hava limanına eniş etdik. Şuşaya və Xankəndiyə gedirik. Biz Xankəndidəki Qarabağ Universitetinin tələbələrinə baş çəkəcəyik. Qarabağın və Şərqi Zəngəzurun münaqişədən sonra yenidən qurulması və transformasiyası heyranedicidir!”, - paylaşımda qeyd edilir.

XQ

Son xəbərlər