Dünən Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin növbəti iclası keçirilib. YAP Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov iclasın gündəliyi haqqında məlumat verib.
Əvvəlcə YAP Veteranlar Şurasının tərkibinə kooptasiya yolu ilə yeni üzvlərin daxil edilməsi məsələsinə baxılıb, Arif Qaraşov və Fidumə Hüseynovanın Veteranlar Şurasının üzvlüyünə namizədliyi ətrafında müzakirələr aparılıb. YAP Sədrinin müavini Əli Əhmədov, partiyanın İdarə Heyətinin üzvləri Hikmət Məmmədov və Bahar Muradova çıxış edərək hər iki şəxsin namizədliyini dəstəklədiklərini bildiriblər.
Müzakirələrdən sonra hər iki namizədin YAP Veteranlar Şurasının tərkibinə daxil edilməsi barədə qərar qəbul olunub.
YAP Sədrinin müavini Veteranlar Şurasının yeni üzvlərini təbrik edərək onların etimadı doğruldacaqlarına inamını ifadə edib və gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Arif Qaraşov və Fidumə Hüseynova göstərilən yüksək etimada görə Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevə təşəkkürlərini bildiriblər.
Sonra cari məsələlərlə bağlı müzakirələr aparılıb və müvafiq qərarlar qəbul olunub.
XQ