Baş Dövlət Yol Polisi İdarəsi “Təmiz hava” aylığına başlayır

post-img

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi 2025-ci il may ayının 10-dan iyunun 10-dək Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə respublika ərazisində “Təmiz hava” aylığı keçirəcək.

Bununla əlaqədar nəqliyyat vasitələrinin sürücülərinə, eləcə də sərnişin və yükdaşıma fəaliyyəti həyata keçirən fiziki və hüquqi şəxslərə istifadələrində olan avtomobillərin yanacaq sistemini saz vəziyyətdə saxlamaq tövsiyə olunur.

Nəzərə alınmalıdır ki, ətraf mühitə atılan tullantılarda müəyyən edilmiş normadan artıq çirkləndirici maddələr olan avtomobillərin idarə edilməsinə və onların istismara buraxılmasına yol verən fiziki və hüquqi şəxslər qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.

P.ƏMİRCANOV

XQ

Son xəbərlər