İtkin-şəhid dəfn olunub

post-img

Birinci Qarabağ müharibəsinin daha bir itkin-şəhidi Sahil Nurəddin oğlu İbrahimov iyunun 3-də paytaxtın Suraxanı rayonunun Əmircan qəsəbəsində yerləşən qəbiristanlıqda dəfn olunub.

Mərasimində şəhidin ailə üzvləri, doğmaları, Müdafiə və Daxili İşlər nazirliklərinin əməkdaşları, rayon icra hakimiyyətinin nümayəndələri, şəhid ailələri, müharibə iştirakçıları və sakinlər iştirak ediblər.

Əvvəlcə şəhid üçün cənazə namazı qılınıb. Sonra itkin-şəhidin nəşinin qalıqları yaylım atəşi, hərbi orkestrin müşayiəti ilə Dövlət Himnimizin sədaları və "Şəhidlər ölməz, Vətən bölünməz" şüarı altında torpağa tapşırılıb. Şəhidin ruhuna dualar oxunub, məzarının üzərinə əklillər qoyulub, gül dəstələri düzülüb.

Qeyd edək ki, 1970-ci il iyulun 23-də Ermənistanın Amasya rayonunun Çivinli kəndində anadan olan Sahil İbrahimov 1993-cü il fevralın 9-da Ağdərə rayonunun Mehmanə kəndi istiqamətində gedən döyüşlərdə itkin düşmüşdü.

XQ



Son xəbərlər