Ölkəmiz Amsterdamda keçiriləcək sərgi-konfransda təmsil olunacaq

post-img

Azərbaycan Respublikasının Kosmik Agentliyi – “Azərkosmos” bu il sentyabrın 12-dən 15-dək Niderlandın paytaxtı Amsterdamda keçirilən “IBC 2025” beynəlxalq sərgi-konfransında iştirak edəcək.

“IBC 2025” beynəlxalq sərgi çərçivəsində 14 zalda innovasiyaları əks etdirən stendlər qurulacaq.

“Gələcəyin formalaşması” devizi altında keçirilən “IBC 2025” beynəlxalq sərgisində dünyanın aparıcı brendlərindən tutmuş sürətlə inkişaf edən startaplara qədər 1000-dən çox şirkət təmsil olunacaq. “IBC 2025”də dünyanın hər tərəfindən gəlmiş sərgi iştirakçıları və məruzəçilər yeniliklər nümayiş etdirəcəklər.

Qeyd edək ki, 2024-cü ildə tədbirdə 170 ölkədən 45 min 85 ziyarətçi iştirak edib. 1350-dən çox eksponentin cəlb olunduğu sərgi 46 min kvadratmetr sahəni əhatə edib. “IBC 2024” beynəlxalq sərgi-konfransında “Azərkosmos” qlobal peyk operatoru “ABS” şirkəti ilə əməkdaşlığa başlayıb.

 

Son xəbərlər