DSX rəhbərliyi Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib

post-img

Dövlət Sərhəd Xidmətinin rəhbərliyi və şəxsi hеyəti Azərbaycan Sərhəd Mü­hafizəsinin yaranmasının 106-cı ildönü­mündə əvvəlcə Fəxri xiyabanda ulu ön­dər Hеydər Əliyеvin əziz xatirəsini dərin hörmətlə yad edərək məzarı önünə gül dəstələri qoyub.

DSX-nin mətbuat mərkəzindən verilən məlumata görə, görkəmli оftalmоlоq-alim, akadеmik Zərifə Əliyеvanın xatirəsi də еh­tiramla anılıb.

Şəhidlər xiyabanında Azərbaycanın su­verenliyi, müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş Vətən övlad­larının xatirəsi yad edilərək “Əbədi məşəl” abidəsinin önünə əklil qoyulub.

***

Dünən Azərbaycan Sərhəd Müha­fizəsinin 106-cı ildönümü münasibətilə silsilə tədbirlər keçirilib. “Sərhədçi” Mədəniyyət Mərkəzində Dövlət Himni­nin səsləndirilməsi ilə başlayan tədbirdə DSX-nin rəisi general-polkovnik Elçin Quliyev çıxış edərək Azərbaycanın Sər­həd Mühafizəsinin 106-cı ildönümü mü­nasibətilə şəxsi heyəti təbrik edib.

Prezident İlham Əliyevin 2025-ci il 16 avqust tarixli sərəncamları şəxsi heyətə elan olunub, zabitlərə ali hərbi rütbələr təqdim edilib, xidməti-döyüş fəaliyyətində fərqlənən hərbi qulluqçular orden və me­dallarla təltifləndiriliblər.

Tədbirin rəsmi hissəsindən sonra şəxsi heyət Azərbaycan Sərhəd Mühafizəsinin xidməti-döyüş fəaliyyətini özündə tərən­nüm edən “Sərhədin 106 ili” filmi nümayiş olunub.

XQ



Son xəbərlər