AİB Azərbaycanda özəl sektorun inkişafına dəstəyi artırır

post-img

Dünən maliyyə naziri Sahil Babayev Asiya İnkişaf Bankının (AİB) vitse-prezidenti Bharqav Dasquptanın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Söhbət zamanı Azərbaycan və AİB arasında mövcud əməkdaşlıq, özəl sektorun inkişafı, bankın bu sahəyə mümkün dəstəyi, gələcək tərəfdaşlıq imkanları və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Nazir AİB ilə uzunmüddətli əməkdaşlığı yüksək qiymətləndirərək kreditlər, qrantlar və texniki yardım vasitəsilə həyata keçirilən birgə təşəbbüslərin ölkəmizin inkişaf gündəliyinə əhəmiyyətli töhfə verdiyini bildirib, bankın 2025–2029-cu illər Azərbaycan üzrə Ölkə Tərəfdaşlıq Strategiyasının reallaşdırılmasında sıx əməkdaşlığın davam etdiriləcəyinə əminliyini ifadə edib.

S.Babayev cari iqtisadi vəziyyət barədə məlumat verərək qeyri-neft sektorunun inkişafı sahəsində əldə olunan nailiyyətləri diqqətə çatdırıb. Bakı və Abşeron yarımadasında su təchizatı və kanalizasiya sistemlərinin yaxşılaşdırılması, “Bakı Metropoliteni” QSC-nin infrastruktur ehtiyaclarının maliyyələşdirilməsi, dəmir yolu xətlərinin modernləşdirilməsi istiqamətində prioritetlər qeyd olunub.

B.Dasqupta Azərbaycanla AİB arasındakı əməkdaşlığın bütün sahələrdə, o cümlədən özəl sektorun dəstəklənməsi istiqamətində daha da möhkəmlənəcəyinə və qarşıdakı dövrdə də uzunmüddətli tərəfdaşlıq prinsipləri əsasında davam etdiriləcəyinə əminliyini ifadə edib.

XQ

Son xəbərlər