Balkanşünasların Bakı konfransı

post-img

Bakı Slavyan Universitetində (II Beynəlxalq Balkanşünaslıq Konfransı keçirilib. Mərasimi BSU-nun rektoru Anar Nağıyev açaraq balkanşünaslıq sahəsində beynəlxalq elmi əməkdaşlığı dərinləşdirmək, qarşılıqlı təcrübə mübadiləsi aparmaq və Azərbaycanla Balkan ölkələri arasında elmi-mədəni əlaqələri daha da inkişaf etdirmək baxımından konransın böyük əhəmiyyət daşıdığını vurğulayıb.

Milli Məclisin sədr müavini, Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, akademik Rafael Hüseynov Balkan ölkələrinin azərbaycanlılara, türklərə bir çox cəhətdən doğma olduğunu söyləyib.

Azərbaycanın Serbiya, Sloveniya, Bosniya, Albaniya, Xorvatiya, Makedoniya və Bolqarıstanla səmərəli əlaqələrin mövcud olduğunu deyən alim qeyd edib ki, Prezident İlham Əliyev bu ölkələrə çoxsaylı səfərlər edib. Davos İqtisadi Forumu çərçivəsində dövlət başçımızın Balkan ölkələrinin rəsmiləri ilə keçirdiyi görüşlər isə səmərəli nəticələr verməkdədir.

Akademik 7 ölkənin 100-dən artıq alimini qovuşduran konfransın dövlətlər və xalqlar arasındakı münasibət və əlaqələrin daha da yüksəlməsinə töhfə verəcəyinə əminliyini ifadə edib.

Energetika nazirinin müavini Elnur Soltanov, Şimali Makedoniyanın Skopye Müqəddəs Kiril və Mefodi Universitetinin rektoru Bilyana Angelova, Türkiyənin Ardahan Universitetinin rektoru Öztürk Emiroğlu, Albaniyanın Nyu-York Tirana Universitetinin rektoru Ali Güneş, Bolqarıstanın Müqəddəs Kliment Oxeidski adına Sofiya Universitetinin tədris məsələləri üzrə prorekroru Madlen Danova və başqaları konfransın elmi müzakirələrin aparılmasına gözəl fürsətlər yaratmaqla yanaşı, eyni zamanda, Azərbaycan ilə Balkan ölkələri, Türk dünyası ilə Balkanlar arasında elm, təhsil, tədqiqatlar mədəniyyət sahələrində əlaqələrin daha da genişləndirəcəyini söyləyibər.

Konfransa onlayn qatılan ölkəmizin Albaniyadakı səfiri Anar Hüseynov Azərbaycanla Albaniya arasında müxtəlif sahələr üzrə mövcud əməkdaşlığından söz açaraq tədbirin hər iki ölkənin alim və tədqiqatçıları üçün gələcək elmi fəaliyyətlərində mühüm rol oynayacağını söyləyib.

Sonra tədbir bədii hissə ilə davam etdirilib.

Qabil YUSİFOĞLU
XQ



Mədəniyyət