Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Zərdab şəhərində Ağcabədi, Ucar, Göyçay, Kürdəmir və Zərdab rayonlarının sakinləri ilə görüşüb.
Vətəndaşlarla görüş zamanı nəqliyyat, telekommunikasiya, o cümlədən internet, teleradio yayımı və poçt xidmətləri ilə bağlı müraciətlərə baxılıb. Vətəndaşların müraciətlərində göstərilən problemlərin bir qismi dərhal müsbət həllini tapıb. Nazirliyin fəaliyyət sahələrinə aid olmayan məsələlərlə bağlı müraciətlər isə qeydiyyata alınıb və müvafiq qurumlara göndərilməsi təmin olunacaq.
XQ