Aprelin 20-25-də Bişkek şəhərində “Qırğızıstanda Azərbaycan mədəniyyəti günləri” kecirilir.
Azərbaycan Fotoqrafları Birliyi tərəfindən təqdim olunan “Qarabağ: milli irsin yaddaşı” adlı foto-sərgi Qarabağın tarixi, mədəni və insani mənzərəsini sənədli və emosiya dolu bir dillə izah edir. Hər bir fotoşəkil bu qədim bölgənin keçmişinə ehtiram, bu gününə baxış və gələcəyinə ümidlə baxan bir pəncərədir.
Foto sərgidə Elman Hüseynov, Hörmət Ömərov, Fətəli Fətəliyev, Fərqanə Qasımlı, Asim Talıb, Kamran Əsədov, Amira Süleyman, Rüfət Quliyev, Araz Adil oğlu, Mirnib Həsən oğlu, Elnur Babayev, Tapdıq Abdullayev, Etibar Cəfərov, Vüqar İbadov, Arif Ələkbərin fotoları sərgilənmişdir.