"Arzuların ardınca"

post-img

Müasir İncəsənət Mərkəzi Qalereyasında “Arzuların ardınca” adlı sərginin açılışı oldu. Sərgi çərçivəsində müxtəlif ixtisas sahələrində fəaliyyət göstərən 26 xanım rəssamın 43 əsəri nümayiş etdirildi.

Azərbaycan Rəssamlar İttifaqının sədr müavini, Xalq rəssamı, professor Ağaəli İbrahimov çıxış etdi. O, rəssamlıqda rənglərin və ənənəvi sənət dəyərlərinin əhəmiyyətindən söz açaraq, rəssamları yaradıcılıqlarında əzmkar olmağa çağırdı.

Sərginin kuratoru Lalə Hüseynova isə bildirdi ki, “Arzuların ardınca” sərgisi fərqli peşə sahələrindən olan xanımların incəsənətə sevgisinin, daxili dünyalarının və yaradıcılıq potensiallarının ifadəsinə xidmət edir.
Sonra, sərgi iştirakçılarına Azərbaycan Rəssamlar İttifaqının sertifikatları təqdim olundu.

Sərgi sənətsevərlər tərəfindən böyük maraqla qarşılandı və qadın sənətkarların yeni yaradıcılıq axtarışlarına əlavə stimul oldu.

XQ



















Mədəniyyət