Türkiyə Milli Müdafiə Nazirliyi 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı paylaşım edib.
XQ xəbər verir ki, paylaşımda deyilir:
"Tarixə qara ləkə kimi düşmüş bu ağrılı günlərdə minlərlə günahsız Azərbaycan türkü erməni quldur dəstələri tərəfindən vəhşicəsinə qətlə yetirilib.
Qardaşlarımıza qarşı soyqırımı unutmadıq, unutmayacağıq və heç kimə unutdurmayacağıq! Şəhidlərimizi rəhmət, minnətdarlıq və ehtiramla yad edirik". - paylaşımda qeyd edilib.

