Bakı Slavyan Universiteti 2025-ci il üçün doktoranturaya fəlsəfə doktoru proqramı üzrə qəbul elan edir

post-img

Doktoranturaya sənəd qəbulu “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi” (TİMS) vasitəsilə elektron qaydada həyata keçiriləcəkdir. Doktoranturaya sənəd təqdim etmək istəyən şəxslər Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin portal.edu.az saytına daxil olmalı, orada “Ali və orta ixtisas təhsil müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçərək, təlimata uyğun olaraq qeydiyyatdan keçməlidirlər.

Qeydiyyatdan keçən vətəndaşların sənədləri ali təhsil müəssisəsi üzrə təyin edilmiş məsul şəxs tərəfindən yoxlanılıb təsdiq edilməlidir.

Portal.edu.az vasitəsilə müraciətlərin göndərilməsi 2025-ci il mayın 13 -dən başlayaraq iyunun 30-dək davam edəcəkdir.

DİM-də xarici dil imtahanını müvəffəqiyyətlə verən şəxslər növbəti mərhələyə buraxılacaqdır. Xarici dil imtahanının 2025-ci il iyunun 22-də, fəlsəfə fənni üzrə imtahanın 2025-ci il sentyabrın 2-dən 4-dək , ixtisas imtahanlarının isə sentyabrın 9-dan 10-a kimi keçirilməsi nəzərdə tutulmuşdur.

Əlaqə üçün- telefon +994 (12)5990870 (daxili 213).

Elektron ünvan: [email protected]

Qəbulun aşağıdakı ixtisaslar üzrə aparılması nəzərdə tutulur:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 may 2025-ci il tarixli 275s nömrəli Sərəncamı ilə təsdiq edilmiş
“Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin, elmi müəssisə və təşkilatların 2025-ci il üçün doktorant hazırlığı üzrə qəbul planları”ndan çıxarış



Reklam və elan