“Bakı Hövsan Beynəlxalq Ticarət Dəniz Limanı” ASC səhmdarlarının nəzərinə!

post-img

Bununla, “Bakı Hövsan Beynəlxalq Ticarət Dəniz Limanı” Açıq Səhmdar Cəmiyyəti (Dövlət qeydiyyat №-si (VÖEN) 1904090831) bildirir ki, 27 oktyabr 2025-ci il saat 11.00-da cəmiyyətin iştirakçılarının (səhmdarlarının) növbədənkənar ümumi yığıncağı keçiriləcəkdir.

Səhmdarların növbədənkənar ümumi yığıncağı “Bakı Hövsan Beynəlxalq Ticarət Dəniz Limanı” ASC-nin Bakı şəhəri, Hövsan qəsəbəsi, Şakir Ziyadov küçəsi 1 nömrəli ünvanda yerləşən binasında keçiriləcəkdir.

Səhmdarların növbədənkənar ümumi yığıncağının gündəliyinə aşağıdakı məsələlər daxil edilmişdir:

1. “Cəmiyyətin səhmdarları sırasından çıxma və çıxan səhmdara məxsus olan səhmlərin cəmiyyət tərəfindən geri alınması haqqında”.

Səhmdarların növbədənkənar ümumi yığıncağının gündəliyinin materialları ilə cəmiyyətin Bakı şəhəri, Hövsan qəsəbəsi, Şakir Ziyadov küçəsi 1 nömrəli ünvanda yerləşən ofis binasında həftənin iş günləri saat 15.00-dan 17.00-a qədər tanış olmaq mümkündür.

“Bakı Hövsan Beynəlxalq Ticarət Dəniz Limanı” ASC-nin baş direktoru Rəşad Rasim oğlu Daşdəmirov

Reklam və elan