Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 9 oktyabr 2025-ci il tarixli 3-28/3-1-563/2025 nömrəli əmrinə əsasən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyindəki aşağıdakı müəssisələrin ləğv olunması haqqında qərar qəbul edilmişdir:
1) Gəncə Şəhər Təsərrüfathesablı Ailə və Nikah Məsləhətxanası.
2) Gəncə Şəhər Təsərrüfathesablı Reproduktiv Sağlamlıq və Ailə Planlaması Mərkəzi.
3) Gəncə Şəhər Körpələr Evi.
Bu məqsədlə ləğvetmə komissiyası yaradılmış və adıçəkilən müəssisələrin bütün maliyyə, hüquqi və təşkilati məsələlərinin tənzimlənməsi üçün fəaliyyətə başlanılmışdır.
Müəssisələrin kreditorlarından mövcud borc tələblərini təqdim etmələri, debitorlarından isə müəssisələrə olan borclarını tam şəkildə ödəmələri xahiş olunur.
Müraciətlər bu elan dərc olunduğu gündən etibarən 2 (iki) ay müddətində yazılı şəkildə aşağıdakı ünvana təqdim edilməlidir:
Əlaqə nömrəsi: 012-441-26-03.
Ünvan: Bakı şəhəri, M.Mirqasımov küçəsi 1A.
E-mail: [email protected]