“YEVLAX-MƏİŞƏT” ASC səhmdarlarının nəzərinə!

post-img

Səhmdarların növbəti ümumi yığıncağı 24 iyun 2026-cı il saat 16.00-da Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti 115, “Arena Plaza”, 4-cü blok, 10-cu mərtəbə, 62-ci otaqda keçirləcəkdir. Materiallarla tanış olmaq istəyən səhmdarlar iclasın keçirilməsinə 3 (üç) gün qalmış cəmiyyətin icra orqanına müraciət edə bilərlər.

1. Cəmiyyətin 2025-ci ilin maliyyə-təsərrüfat fəaliyyətinin yekunlarına görə hesabatlarının təsdiq edilməsi, mənfəət və zərərin bölüşdürülməsi.

2. Cəmiyyətin icra orqanının təyin olunması və müvafiq qaydada qeydiyyata alıması.

3. Cəmiyyətin yenidən təşkili qaydasında təşkilati- hüquqi formasının dəyişdirilərək açıq səhmdar cəmiyyətindən məhdud məsuliyyətli cəmiyyətinə çevrilməsi, təhvil aktının tərtib olunması və elanın mətbuatda dərc edilməsi.

4. Cəmiyyətin yenidən təşkili qaydasında təşkilati- hüquqi formasının dəyişdirilərək açıq səhmdar cəmiyyətindən məhdud məsuliyyətli cəmiyyətinə çevrilməsi ilə əlaqədar dövriyyədə olan adi, adlı, sənədsiz səhmlərinin ləğv edilməsi.

5. Səhmlərin ləğv edilməsi üçün Azərbaycan Respublikasının Mərkəzi Bankına və Azərbaycan Respublikasının Milli Depozit Mərkəzinə müraciət edilməsi.

6. Cəmiyyətin təşkilati-hüquqi formasının dəyişdirilərək məhdud məsuliyyətli cəmiyyətə çevrilərkən təsisçilərin nizamnamə kapitalındakı payları, pay miqdarı və paylara mütənasib faiz nisbətinin müəyyən edilməsi.

7. Cəmiyyətin təşkilati-hüquqi formasının dəyişdirilərək məhdud məsuliyyətli cəmiyyətə çevrilərkən icra orqanıın təyin edilməsi.

8. Cəmiyyətin nizamnaməsinin təsdiq olunması və təsis sənədlərində edilmiş dəyişikliklərin dövlət qeydiyyatına alınması üçün Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə müraciət edilməsi.

 

Reklam və elan