ABŞ Azərbaycan və Ermənistan arasında tarixi sülh sazişini qeyd edir.
Bunu xüsusi qeyd edən ABŞ Dövlət katibi Marko Rubio daha sonra deyir:
“Prezident Tramp tərəfləri bir araya gətirdi və onilliklərdir davam edən qarşıdurmaya son qoyan razılaşmaya vasitəçilik etdi. Bu, hər iki ölkə üçün irəliləyiş və diqqəti Cənubi Qafqaz regionunun iqtisadi potensialının açılmasına yönəltmək üçün bir fürsətdir. Bu da Amerika xalqına, həm də Azərbaycan və Ermənistan üçün ticarət sövdələşmələri və rifah gətirəcək. Biz hər iki ölkəni yeni sülh dövrü münasibətilə təbrik edirik”..
XQ