Ərdoğan: Vaşinqton razılaşması Cənubi Qafqazda sülhə doğru tarixi addımdır

post-img

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan avqustun 11-də Ankarada hökumətin iclasının yekunlarına dair brifinqdə bildirib: “Avqustun 8-də Azərbaycan, Ermənistan və ABŞ liderlərinin iştirakı ilə Vaşinqtonda keçirilən görüşdə əldə olunmuş razılaşma Cənubi Qafqazda uzunmüddətli sülhə doğru yolda tarixi addım oldu”.

Qardaş ölkənin lideri xatırladıb ki, Azərbaycan torpaqlarının uzunmüddətli erməni işğalından azad edilməsi ilə regionun inkişafında yeni mərhələ başlayıb. Ərdoğan Azərbaycanla bağlı məhdudiyyətlərin aradan qaldırılmasını da alqışlayıb: “Türkiyə tərəfinin məmnunluğunu qardaşım, Azərbaycan Prezidenti İlham Əliyevə çatdırdım. Türkiyənin hər zaman Azərbaycanın yanında olacağını vurğuladım. Regionda sülh mühitinin formalaşması ilə avtomobil və dəmir yolu əlaqələri bərpa olunacaq, sərhəd-keçid məntəqələri açılacaq, azad ticarətə maneələr aradan qaldırılacaq ki, bu da bütün region dövlətlərinin maraqlarına cavab verir. Ankara bölgədə sülh və sabitlik naminə mübarizəni davam etdirəcək”.

XQ

 

Siyasət