"Bizdə müharibə var idi, çünki hər il itkilərimiz və yaralılarımız olurdu. Əsgərlərin həlak olduğu və yaralandığı yerdə siz harada sülh görmüsünüz? Bizdə sülh yox idi, bizdə daimi müharibə və müharibənin başlanmasının daimi təxirə salınması var idi. Bu təxirəsalmanın son müddəti isə 2016-cı ilin Aprel döyüşləri ilə elan edildi. Lakin o da çox vacibdir ki, Aprel döyüşlərindən əvvəl Qarabağ məsələsinin nizamlanması ilə bağlı artıq hamımıza məlum olan və dərc edilmiş tamamilə yeni təkliflər paketi təqdim olunmuşdu", — deyə Ermənistanın Baş naziri qeyd edib.
Onun sözlərinə görə, Qarabağ məsələsinin nizamlanma çərçivəsi hələ 1996-cı il Lissabon sammitində müəyyən edilmişdi və o vaxta qədər Qarabağ məsələsi artıq həll olunmuşdu. Bütün bu gecikmələr və təxirəsalmalar, ilk növbədə, Ermənistan məsələsinin həllinə, yəni Ermənistan dövlətinin qurulmasının qarşısının alınmasına yönəlmişdi.
"Məhz bunu biz başa düşdük və çox tez anladıq ki, Ermənistan tələyə düşüb. Bizim vəzifəmiz Ermənistanı bu tələdən çıxarmaq idi. Qurbanlarımız və itkilərimiz bahasına biz Ermənistanı həmin tələdən çıxardıq və ən əsası budur. Qurbanların əbəs olduğunu deyənlər anlamırlar ki, tələdən xilas olan Ermənistan dövlətçiliyidir", — deyə Paşinyan bildirib.
Baş nazirin sözlərinə görə, 2018-ci ildə içində olduqları ssenari ondan ibarət idi ki, Ermənistan Respublikası suveren dövlət olmamalı idi. Ən yaxşı halda o, müxtəlif yerlərdən "nəfəs almaq üçün" icazə alan bir "banan dövləti" olmalı idi.
S.ELAY
XQ
Bizi Telegram-da da izləyə bilərsiniz: @xqazeti

