Şirvanşahlar Sarayı Kompleksində “İçərişəhər” Dövlət Tarixi-Memarlıq Qoruğu İdarəsinin təşkilatçılığı ilə “İçərişəhərim” adlı sərgi açılıb.
Məqsədi nəsillikcə İçərişəhərə bağlı olan sakinlərin soy-kökündən gələn dəyərlərə sədaqətini konkret nümunələr əsasında ictimaiyyətə nümayiş etdirmək olan sərgidə 100-dən artıq eksponat toplanıb. Əntiq əşyaların ən qədimi XVIII, ən müasiri isə XX əsrin ortalarına aiddir. Onların arasında dini əşyalar, sənədlər, fotolar, qədim musiqi alətləri, anaların sevgi ilə yaratdıqları və qızlarının gəlinlik cehizinə qoşduqları nəfis aksesuarlar var. Hər bir əşya özündə konkret bir tarixi dövrü yaşadır, qədim Bakının etnoqrafik lövhələrini, bədii sənətkarlıq dünyasını, ailə-məişət ənənəsini əks etdirir.
“İçərişəhərim” sərgisi 1 ay davam edəcək.
Ə.DOSTƏLİ
XQ

