İnsan sağlamlığı üçün faydalı tərəvəzlər çox olsa da, ABŞ alimləri birini daha üstün hesab edib. Onlar bildiriblər ki, tərə – vəzəri yemək insanı 10 növ problemdən xilas edir. Bu göyərti bəzi bölgələrdə acıtərə kimi tanınır.
Elmi araşdırmalar sübut edib ki, ağciyər xəstəliklərindən əziyyət çəkənlərə və siqaret çəkənlərə daha çox istifadə etmək tövsiyə olunur.
Qanazlığı olanlar çuğundur, ətlə yanaşı, vəzəri də yeməlidir.
Tərkibində çoxlu dəmir mineralı olan tərə toxumu hemoglobin səviyyəsini artırır.
Saç tökülməsi, kövrək dırnaq quruluşu və bədəndə dəmir çatışmazlığından qaynaqlanan sümük problemlərində faydalıdır.
Tərkibində xərçəngin əsas səbəbi olan sərbəst radikallarla effektiv mübarizə aparan antioksidantlar var. Bu antioksidantlar, həmçinin xərçəng hüceyrələrinin toxumalarda yaratdığı zərərli təsirləri aradan qaldıraraq xərçəng hüceyrələrinin dağıdıcı təsirlərini azaldır.
Tərə ən təsirli sidikqovucu göyərtilərdən biridir, sidik yolları və böyrəkləri toksinlərdən təmizləyir.
Z.HÜSEYNLİ
XQ

