Yer kürəsi daha bir kosmik təhlükə ilə üz-üzədir. Bu dəfə təhlükə Günəşdəki fırtınaları ilə bağlıdır. Belə ki, 2024-cü ildə super Günəş fırtınası gözlənildiyi üçün onun aktivliyi ən yüksək həddə çata bilər.
Məsələ burasındadır ki, Günəşdəki fırtınaların sıçrama yüksəkliyi Yer kürəsinin nisbətən yaxınlığında baş verəcək ki, bunun nəticəsində planetimizdə internetə giriş həftələr və ya aylar ərzində dayana bilər. Yəni televizorlar, radiolar işləməyə bilər.
Alimlər qeyd edirlər ki. auroral hadisələr zamanı Yer səthi boyunca hərəkət edən güclü elektrik cərəyanları elektrik enerjisi şəbəkələrini sıradan çıxarır, neft və qaz kəmərlərinin korroziyasına (metalların oksidlənmə nəticəsində sıradan çıxması halı) səbəb olur.
Bu da dünya ölkələrinin iqtisadiyyatına xeyli dərəcədə ziyan vuracağı mənasına gəlir. Bundan başqa, geomaqnit qasırğaları zamanı ionosferdəki dəyişikliklərin yüksək tezlikli radio rabitəsinə və Qlobal Mövqeləşdirmə Sisteminə (GPS) mane olacağı bildirilib.
Ayan SƏMƏDQIZI,
tələbə–jurnalist

