Hər gün 1 alma – almasız qalma

post-img

Alma tərkibindəki vitaminlər, minerallar və liflərə görə orqanizmə çox faydalıdır.

* C vitamini ilə zəngin olduğu üçün insanı xəstəliklərdən qoruyur.

* Bağırsaqların nizamlı işləməsinə kömək edir və qəbizliyin qarşısını alır.

* Tərkibindəki antioksidantlar və lif xolesterini azaldır və ürəkdamar xəstəliklərindən qoruyur.

* Aşağı kalorili və doydurucu olduğundan pəhriz saxlayanlar üçün ideal qəlyanaltıdır.

* Almanın tərkibindəki təbii şəkərin glisemik indeksi aşağı olduğundan qan şəkərinin səviyyəsini artırmır.

* Ağızı sağlam və təmiz saxlayır, çox çeynəmək dişləri çürüməkdən qoruyur.

* Antioksidant sayəsində beyin funksiyalarına kömək edir, Alzheimer riskini azaldır.

* Tərkibindəki vitaminlər və antioksidantlar dərini daha parlaq və sağlam edir.

* Qabığında olan flavonoidlər bəzi xərçəng növlərinə qarşı qoruyucudur.

* Almadakı təbii şəkər və vitaminlər gün ərzində enerjini artırır.

Z.HÜSEYNLİ
XQ

Sosial həyat