Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata əsasən, aprelin 26-da Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq.
Əsasən yağmursuz keçəcək. Mülayim şimal küləyi əsəcək, gecə və səhər bəzi yerlərdə arabir güclənəcək. Gecə 13–17°, gündüz 22–27° isti olacaq. Atmosfer təzyiqi 751 mm civə sütunundan 757 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 70–75, gündüz 45–50 faiz olacaq.
Azərbaycanın rayonlarında əsasən yağmursuz keçəcək. Lakin gecə və axşam bəzi şimal və qərb rayonlarında arabir yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir.
Ayrıayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 13–18°, gündüz 27–32°, dağlarda gecə 5–10°, gündüz 15–20° isti olacaq.
Q.QASIMOV
XQ