“DOST Evi”nin benefisiar və əməkdaşları Qəbələ Dövlət Tarix Bədii Qoruğunda olublar

post-img

18 May – Beynəlxalq Muzeylər Günü münasibətilə DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin “DOST Evi” filialının benefisiar və əməkdaşları Qəbələ Dövlət Tarix Bədii Qoruğunu və Qəbələ Arxeoloji Mərkəzini ziyarət ediblər.

Qoruqdan AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, qonaqlar əvvəlcə Qəbələ Arxeoloji Mərkəzində sərgilənən arxeoloji materiallarla tanış olublar. Ziyarətçilərə Mərkəzin yaradılması və bu sahədə SEBA (Seul-Bakı) Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyasının gördüyü işlər, sərgi salonundakı tarixi əhəmiyyətə malik tapıntılar barədə ətraflı məlumat verilib.

Qonaqlar daha sonra qoruğun tarixi məkanlarından olan Səlbir və Qala ərazilərində aparılmış arxeoloji qazıntı sahələri ilə tanış olublar. Qəbələ Arxeoloji Ekspedisiyasının iştirakı ilə burada aparılmış arxeoloji qazıntılar, arxeoloqlar tərəfindən aşkar olunan tapıntılar barədə onlara ətraflı məlumat verilib, sualları cavablandırılıb.











Sosial həyat