Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi piyadalara müraciət edib.
Müraciətdə bildirilir ki, piyadaların hüquqları olduğu kimi, vəzifələri də var. Hüquqlarından istifadə edən piyadalar vəzifələrini də icra etməlidirlər.
Sadəcə, yol-hərəkət qaydalarına əməl etməkdə piyadalar özləri ilə yanaşı, sürücüləri də təhlükə ilə üzləşməkdən qoruya bilərlər.
P.ƏMİRCANOV
XQ