Dünyadakı epizootik vəziyyətə uyğun olaraq müvafiq tədbirlər görülür

post-img

Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) rəsmi məlumatlarına əsasən, Albaniya Respublikasının Elbasan bölgəsində xırdabuynuzlu heyvanların taunu, Yaponiyanın Kyuşu regionunda nodulyar dermatit, Kamboca Krallığının Kampot əyalətində isə yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb.

Bu barədə XQ-yə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) İnformasiya təminatı və innovativ həllər şöbəsindən məlumat verilib.

Respublika ərazisinin bu yoluxucu xəstəliklərdən qorunması üçün qeyd olunan ərazilərdə zonalaşma prinsipi nəzərə alınmaqla, diri ev və vəhşi xırdabuynuzlu heyvanların və onlara aid məhsulların, diri iribuynuzlu heyvanların və onlara aid genetik materialların, diri quş və quşçuluq məhsullarının idxalı ilə  bağlı ÜHST-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə uyğun olaraq Qida Təhlükəsizliyi Agentliyi tərəfindən müvəqqəti məhdudiyyət tətbiq olunub.

Eyni zamanda müvafiq tədbirlərin görülməsi üçün Dövlət Gömrük Komitəsinə müraciət edilib.

Sosial həyat