Biləsuvarda fəaliyyət göstərən marketdə saxta spirtli içkilər aşkarlanıb

post-img

Daxil olan müraciət əsasında Biləsuvar rayonu, Səmədabad kəndində fəaliyyət göstərən Turabov Əkrəm Turabxan oğluna məxsus “Turabov” marketdə plandankənar yoxlama keçirilib.

Agentlikdən XQ-yə verilən məlumata görə, yoxlama zamanı  müəssisədə 5 ədəd 250 ml-lik “Naturel organic vodka” əmtəə nişanlı araq məhsulunun, həmçinin 3 ədəd 1 lt-lik və 2 ədəd 0.5 lt-lik “Belaya organic vodka” əmtəə nişanlı araq məhsulunun üzərində qeyd olunan VÖEN-in müəyyən olunmaması faktı aşkarlanıb.

Eyni zamanda 2 ədəd 2 lt-lik “Vip BAKU organic vodka” əmtəə nişanlı araq məhsulunun üzərində istehsalçısı, istehsal tarixi və ünvanı barədə məlumatların qeyd olunmadığı məlum olub.

Müayinələrin aparılması üçün məhsullardan nümunələr götürülərək Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi İnstitutununa təqdim edilib.

Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib olunub, uyğunsuzluq aşkar edilmiş qida məhsullarının satışının qadağan edilməsi ilə bağlı məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə Qərar qəbul edilib.

 

Sosial həyat