“Yay Təcrübə Proqramı” davam edir

post-img

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) tərəfindən tələbələrin bilik və bacarıqlarının, şəxsi keyfiyyətlərinin inkişafına dəstək məqsədilə keçirilən növbəti “Yay Təcrübə Proqramı” davam edir.

Dövlət Vergi Xidmətindən XQ-yə bildirilib ki, DVX-nin Şamaxı rayonunda yerləşən Tədris Mərkəzində təşkil olunan yay düşərgəsindən sonra tələbələr Xidmətin Aparatında və digər strukturlarında 8 həftəlik iş təcrübəsinə başlayıblar.

52 nəfər tələbənin iştirak etdiyi təcrübə proqramı iştirakçılara real iş mühitində praktiki bacarıqlar qazanmaq, vergi xidmətinin gündəlik fəaliyyətində iştirak etmək və nəzəri bilikləri tətbiq etmək imkanı yaradır. Tələbələr peşəkar vergi mütəxəssislərinin rəhbərliyi altında çalışaraq aktual vergi məsələlərinin həllində aktiv iştirak edirlər.

4-cü “Yay Təcrübə Proqramı”nın sentyabrın əvvəlində başa çatması nəzərdə tutulur.









Sosial həyat