Bakı metrosunun “ən gənc sərnişini”nə xüsusi sertifikat təqdim olunub

post-img

Bu gün "Bakı Metropoliteni" QSC-nin “20 Yanvar” stansiyasında dünyaya gəlmiş körpə Respublika Klinik Xəstəxanasından evə buraxılıb.

QSC-dən AZƏRTAC-a bildirilib ki, metropoliten əməkdaşları xəstəxanadan çıxan körpə və anasını qarşılayıb, ona 25 yaşına qədər metrodan ödənişsiz istifadə hüququ verən sertifikat və simvolik hədiyyələr təqdim ediblər.

Sosial həyat