Hacıqabulda 2000 ağac əkildi

post-img

Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “8 noyabr - Zəfər günü” münasibətilə Hacıqabul-Muğan avtomobil yolunun kənarında növbəti ağacəkmə aksiyası keçirilib.

Tədbirdə Hacıqabul rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov, aparatın məsul işçiləri, YAP Hacıqabul rayon təşkilatının, hüquq mühafizə orqanlarının, rayonun idarə, müəssisə və xidmət sahələrinin rəhbər şəxsləri və kollektivləri iştirak edib.

Hacıqabul şəhərinin qərb hissəsində, Hacıqabul-Muğan avtomobil yolunun kənarında keçirilən ağacəkmə aksiyasında yolunun kənarında göyrüş, tuya və sərv ağacı olmaqla ümumilikdə 2000 ağac əkildi. Ərazidə təmizlik-abadlıq işləri aparıldı, yeni əkilən tinglər suvarılıb və aqrotexniki qaydada qulluq göstərilib.

M.NƏRİMANOĞLU,

XQ

 

Sosial həyat