Xidmət rəisi Neftçalada vətəndaşları qəbul edəcək

post-img

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) rəisi general-mayor Mürsəl İbrahimov Neftçalada vətəndaşları qəbul edəcək.

Bu barədə XQ-yə SHXÇDX-dən məlumat verilib.

Bildirilib ki, yanvarın 16-da Mürsəl İbrahimov Xidmətin Neftçala rayon şöbəsinin inzibati binasında Neftçala, Salyan, Şirvan və Hacıqabul şəhər və rayonlarından olan vətəndaşları qəbul edəcək.

Qəbula yazılmaq istəyən vətəndaşların 12 yanvar tarixinədək SHXÇDX-nin adları qeyd olunan rayon şöbə və bölmələrinə, həmçinin rəsmi elektron poçt ünvanına ([email protected]) müraciət edərək qeydiyyatdan keçmələri və qəbula gələrkən şəxsiyyətlərini təsdiq edən sənədləri özləri ilə gətirmələri zəruridir.

Sosial həyat