Samux şəhəri Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin 11-ci ərazi sektorunun müdiri Elvin Azadəliyev, Samux Rayon İcra Hakimiyyətinin başçısı Firdovsi Əliyev, RİH yanında Şuranın üzvləri, hüquq-mühafizə orqanlarının, xidmət sahələrinin rəhbərləri, İctimai Şuranın üzvləri, inzibati ərazi dairələri üzrə nümayəndələr, bələdiyyələr və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Tədbirdən əvvəl iştirakçılar Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək xatirəsini ehtiramla yad ediblər
Yığıncaqda Ulu Öndərin və Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəmanların xatirəsi bir dəqiqəlik sükutla anılıb, Dövlət Himni səsləndirilib.
Hesabat məruzəsi ilə çıxış edən Firdovsi Əliyev bildirib ki, 2025-ci il ölkəmizin bütün sahələrdə qazandığı uğurlarla yadda qalıb. Qarabağ və Şərqi Zəngəzurda aparılan quruculuq işləri, beynəlxalq nüfuzun artması və əldə olunan nailiyyətlər Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasətin nəticəsidir. İcra başçısı rayonda sosial-iqtisadi inkişaf, kənd təsərrüfatı və abadlıq sahələrində görülmüş işlər barədə ətraflı məlumat verib.
Çıxış edən Elvin Azadəliyev müasir Azərbaycanın Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni inkişaf mərhələsi yaşadığını, ölkənin dinamik inkişaf etdiyini və əhalinin rifah halının yüksəldiyini qeyd edib.
Tədbirdə çıxış edən Gündüz Bayramov, Məmməd Məmmədov, Yadigar Bağırov və Fidayıl Əliyev ölkədə həyata keçirilən quruculuq işlərindən, sosial rifahın yüksəldilməsinə yönəlmiş tədbirlərdən və Samux rayonunda görülən işlərdən danışıblar.
Yığıncaq iştirakçıları adından Prezident İlham Əliyevə müraciət qəbul olunub. Sonda xidməti fəaliyyətində fərqlənən şəxslərə Samux Rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanları təqdim edilib.
Hamlet Qasımov
XQ-nin bölgə müxbiri
Samux rayonu












